Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti dəniz platformalarında təhlükəsizlik texnikasının tətbiqinin yüksəldilməsinə dair əmr imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti dəniz platformalarında təhlükəsizlik texnikasının tətbiqinin yüksəldilməsinə dair əmr imzalayıb
# 07 may 2010 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dəniz platformalarında təhlükəsizlik texnikasının tətbiqinin yüksəldilməsi barədə əmr imzalayıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə jurnalistlərə R.Abdullayev özü məlumat verib.

R.Abdullayev bildirib ki, sözügedən əmr operator şirkətlərə də göndərilib: «İnsanları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq. Bizdə tətbiq edilən təhlükəsizlik standartları çox yüksəkdir. Amma heç kim bu cür hadisələrdən sığortalanmayıb».

Şirkət rəhbəri onu da əlavə edib ki, əmr xəbərdarlıq məqsədi daşıyır və baş verə biləcək hadisələri qabaqlamaqda əhəmiyyətli rol oynaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR