Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: «Harada yüksək qiymət olarsa, qazımızı ora satacağıq»

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: «Harada yüksək qiymət olarsa, qazımızı ora satacağıq»
# 07 may 2010 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Türkiyə arasında təbii qazın alqı-satqısı və tranzitinə dair yeni saziş imzalanandan sonra, Azərbaycan tərəfi «Şahdəniz» layihəsinin ikinci fazasında hasil ediləcək təbii qazın satışına dair potensial alıcılarla danışıqlara başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

«Ən əsası odur ki, Türkiyə bizə öz üzərindən tranzit imkanlarını verir. Biz Türkiyə seqmentini biləndən sonra, potensial alıcılarla danışıqlara başlayacağıq. Harada yüksək qiymət olarsa, qazımızı da ora satacağıq», - deyə R.Abdullayev əlavə edib.

ARDNŞ prezidenti siyahıda müxtəlif ölkələri təmsil edən çoxlu şirkətin olduğunu vurğulayıb.

«Azərbaycan diversifikasiya olunmuş yolları axtarır və yolumuz çoxdur. Biz bütün layihələrə və təkliflərə baxırıq. Bunların arasında Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik layihəsi, «Nabucco», AGRİ layihələri, Rusiya və İrandan təkliflər var», - deyə şirkət rəhbəri bildirib.

R.Abdullayev həmçinin əlavə edib ki, «Şahdəniz» layihəsinin ikinci fazasında ilk qazın 2016-cı ildə ixrac olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR