Bank Of Baku

ARDNŞ rəhbərliyi ilə müharibə veteranları ilə görüşüb

ARDNŞ rəhbərliyi ilə müharibə veteranları ilə görüşüb
# 08 may 2010 07:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi 1941-1945-ci illər müharibəsinin veteranları ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlığından, həmçinin Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan danışıb.

Respublika Müharibə və Əmək Veteranları Şurası nümayəndələrinin, ARDNŞ-da çalışan müharibə veteranlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş əsgər və zabitlərin qatıldığı məclisdə çıxış edənlər ölkə başçısının müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıb, son illər veteranların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri yüksək qiymətləndiriblər. Görüşdə müharibə veteranlarına ARDNŞ-in xatirə hədiyyələri və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR