Bank Of Baku

Türkiyəli enerji mütəxəssisi: “İki qardaş ölkənin qaz məsələsində razılığa gəlməsi çox sevindiricidir”

Türkiyəli enerji mütəxəssisi: “İki qardaş ölkənin qaz məsələsində razılığa gəlməsi çox sevindiricidir”
# 09 may 2010 18:10 (UTC +04:00)
- Türkiyənin enerji naziri Azərbaycanla qaz məsələsində razılığa gəldiklərini açıqladı. İmza mərasimi üçün baş nazir Ərdoğanın Bakıya gedəcəyi gözlənilir...

- - Razılıq əldə edilməsi sevindiricidir. Ancaq bir-birinə qarışmaması lazım olan iki məsələ var. Birincisi, Türkiyənin 2007-ci ilin iyulundan bəri aldığı, ancaq sonra qiymətində anlaşmazlıq yaranan 6.6 milyard kubmetrlik qazdır. 2008-ci ilin aprelindən bəri tərəflər qiymətdə razılığa gələ bilmirdilər. İndi bu məsələdə razılığa gəlindiyi söylənir. İkinci məsələ isə Türkiyənin “Nabucco” üçün almağı planlaşdırdığı və ya özümüzün ehtiyacımız üçün olan 8 milyard kubmetr qazla bağlı idi. Qazın miqdarı məsələsində razılıq əldə edilməmişdi. Bir də Türkiyədən keçməsi nəzərdə tutulan qaz üçün tranzit qiyməti üzərində danışıqlar aparılırdı. Türkiyə ilkin mərhələdə Azərbaycandan gələn qazın bir hissəsini Yunanıstana satma haqqı da əldə etmək istəyirdi. Türkiyənin enerji naziri 6.6 milyard kubmetr qazın qiyməti üzərində razılığa gəldiklərini və o biri məsələlər üzərində də razılığa gələcəklərini ümid etdiyini açıqlayıb. Məsələ ondadır ki, “Şahdəniz” yatağından Türkiyədən başqa Gürcüstan, İtaliya və Yunanıstan da qaz alacaq. Rusiya, İran və Rumıniya ilə sazişlər var. Bu qədər sazişdən sonra Türkiyəyə nə qədər qaz verilə biləcəyi mənim üçün də maraqlıdır. Əgər Türkiyəyə qaz verilərsə, çox yaxşı olar. Mən proseslərin Türkiyə və Azərbaycanın mənafeyi istiqamətində inkişaf etməsini istəyirəm.

- Türkiyənin Ermənistanla münasibətlərini “normallaşdırma” cəhdləri Azərbaycanla iqtisadi münasibətlərə də bir qədər təsir etmişdi. Baş nazirin Bakıya səfəri və orada imzalanacaq sazişdən nə gözləyirsiniz?

-Biz Azərbaycanla enerjiyə görə qardaş deyilik ki? Xalqlarımızn qardaşlığı və dostluğu önəmlidir. Şəxsən mən AKP hökumətinin son illərdə ortaya atdığı “erməni açılımı”nı müvəffəqiyyət şansı olmayan bir siyasət kimi dəyərləndirirəm. Bu yanlışlıq Türkiyə-Azərbaycan münasibətlərinə təməldən zərbə vurmuşdu. Bakıda imzalanacaq sazişin münasibətləri daha da irəli aparacağına inanıram. Ancaq təkrar edirəm ki, bizim qardaşlığımız qazla məhdudlaşmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR