Bank Of Baku

Rusiya qazı Türkiyəyə güzəştlə satılacaq

Rusiya qazı Türkiyəyə güzəştlə satılacaq
# 10 may 2010 14:30 (UTC +04:00)
APA-Economics”in Türkiyə mətbuatına istinadən məlumatına görə, bundan sonra Türkiyə Rusiya qazının ən azı 10%-ni güzəştlə alacaq. Bununla bağlı memorandum Rusiya prezidenti Dmitri Medvedevin mayın 11-də başlanacaq Türkiyə səfəri zamanı imzalanacaq.

Qeyd edək ki, Türkiyə İtaliya və Almaniyadan sonra Rusiya qazının üçüncü ən böyük idxalçısıdır. Türkiyənin idxal etdiyi qazın 62%-i Rusiyanın payına düşür. Rusiyanın qaz inhisarçısı olan “Qazprom” şirkəti 2009-cu ildə Türkiyəyə 20 mlrd. kubmetr qaz satıb. Cari ildə bu rəqəmin 30 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Amma Ankaraya qazın hansı qiymətlə satılacağı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR