Bank Of Baku

Bakıda VII Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilir

Bakıda VII Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilir
# 11 may 2010 07:47 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ilk vaxtlar 9 mln. ton neft və 3,5 mlrd. kubmetr qaz hasil edirdisə, 2009-cu ildə neft hasilatı 50 mln. tona, qaz hasilatı isə 23,5 mlrd. kubmetrə çatıb.

X.Yusifzadə qeyd edib ki, “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanda 190 mln. ton neft hasil edilib: “Bunun 80 mln. tonu mənfəət nefti olub. Azərbaycan hazırda Türkiyə, Gürcüstan və Avropanın bir sıra ölkələrinə qaz nəql edir. “Abşeron”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Asiman” və digər strukturlarda kəşfiyyat işləri aparılır ki, bu da ölkədə qaz hasilatını artıracaq və “Nabucco” layihəsi üçün əhəmiyyətli olacaq”.

Bütün bu işlərin aparılmasında geofizikanın rolunun olduğunu bildirən X.Yusifzadə qeyd edib ki, müqavilələrin 1/3 hissəsini geofiziklər yerinə yetirib: “Azərbaycan geofizikləri Xəzərdə 380 struktur hazırlayıb. Hazırda isə 50 yataqda işlərə başlanılıb”.

X.Yusifzadə bildirib ki, iki gün davam edəcək konfransda Azərbaycanla yanaşı, Fransa, ABŞ, Rusiya, Almaniya, Türkiyə və Böyük Britaniyanın geofizikləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR