Bank Of Baku

İki həftəlik fasilədən sonra Rusiyadan Ermənistana qazın nəqli bərpa olunub

İki həftəlik fasilədən sonra Rusiyadan Ermənistana qazın nəqli bərpa olunub
# 11 may 2010 09:36 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana nəql olunan təbii qazın verilişi bu gün səhər bərpa olunub.

APA-Economics”in “Novosti-Armeniya”ya istinadən məlumatına görə, bu barədə “Armrosqazprom” QSC-dən bildirilib.

Qeyd edək ki, Rusiyadan Ermənistana qazın nəqli aprelin 28-dən dayandırılıb. Buna Şimali Qafqazda yüksək dağ rayonlarının birində baş verən sürüşmə nəticəsində magistral qaz kəmərinin zədələnməsi səbəb olub. Lakin gündəlik tələbatı 2,5 mln. kubmetr olan Ermənistanda əhalinin qazla təminatında problem yaşanmayıb. Abovyan qaz anbarının ehtiyatları hesabına problem yaranmasına imkan verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR