Bank Of Baku

«BP-Azerbaijan» şirkətinin azərbaycanlı işçilərinin sayı 2 000 nəfərə yaxınlaşır

«BP-Azerbaijan» şirkətinin azərbaycanlı işçilərinin sayı 2 000 nəfərə yaxınlaşır
# 11 may 2010 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübünün sonunda «BP-Azerbaijan» şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 1 993 nəfər olub.

«BP-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

Bununla yanaşı, 2010-cu ilin qalan hissəsində şirkət işçi heyətinin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərini davam etdirmək niyyətindədir: «Bu il biz neft və qaz əməliyyatlarımızı aparmaq üçün əlavə 120 texniki ixtisaslı işçilər və 50 yerli azərbaycanlı çelencerlər işə götürməyi planlaşdırırıq. Bu məqsədə uyğun olaraq Səngəçal terminalında yerləşən texniki təlim mərkəzimizdə və digər vasitələrlə geniş təlim proqramlarımızı davam etdirəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR