Bank Of Baku

İsveçrənin enerji şirkətlərinin nümayəndələrindən ibarət missiya Azərbaycanda səfərdədir

İsveçrənin enerji şirkətlərinin nümayəndələrindən ibarət missiya Azərbaycanda səfərdədir
# 11 may 2010 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Mayın 12-də Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyi (SEN) ilə İsveçrə Parlamentində fəaliyyət göstərən İsveçrə-Azərbaycan Dostluq Qrupunun üzvləri və İsveçrənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərin rəsmiləridən ibarət nümayəndə heyəti ilə görüş keçiriləcək.

SEN-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə İçveçrə Kontonlar Şurasının üzvü, Xarici İşlər Komitəsi Yuxarı Palatasının sədri Filipp Stahelin, İsveçrə-Azərbaycan Dostluq Qrupunun katibi Ernst Vidriq, İsveçrənin Enerji üzrə Federal Ofisinin direktoru Valter Steynman və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, İsveçrə nümayəndə heyətinin Azərbaycana səfəri mayın 10-da başlayıb və mayın 13-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR