Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri apreldə 0,5% düşüb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri apreldə 0,5% düşüb
# 12 may 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,5% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,5%, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 1,9% azalıb. Emal sənayesində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 14,6%, kağız və karton istehsalı üzrə 9,7%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 6,6%, mebellərin istehsalı üzrə 6,4%, rezin və plastmas məmulatların istehsalı üzrə 5,5%, tütün məmulatlarının istehsalı üzrə 1,3%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,7%, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1% bahalaşıb, toxuculuq sənayesi üzrə 11,2%, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 5,2%, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 3,6%, içki istehsalı üzrə 1,1%, kimya sənayesi üzrə 0,9%, metallurgiya sənayesi üzrə 0,3%, qida məhsullarının istehsalı üzrə isə qiymətlər 0,2% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR