Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Bakıda İsveçrənin energetika sahəsində fəaliyyət göstərən şirkətlərin rəsmiləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Bakıda İsveçrənin energetika sahəsində fəaliyyət göstərən şirkətlərin rəsmiləri ilə görüşüb
# 12 may 2010 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan İsveçrə-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və bu ölkənin energetika sahəsində çalışan özəl şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, göürş zamanı R.Abdullayev Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib, bu əlaqələrin genişlənməsində ARDNŞ-in Cenevrədə fəaliyyət göstərən «SOCAR Trading» şirkətinin rolunu qeyd edib. Bundan başqa, R.Abdullayev son illər Azərbaycanda energetika sahəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələrdən məlumat verib. Azərbaycan neftinin ixrac coğrafiyasından danışan R.Abdullayev 2008-ci ildən başlayaraq «Azeri Light» markalı xam neftin İsveçrəyə ixrac olunduğunu vurğulayıb. Hazırda Azərbaycandan 4 ölkəyə - Gürcüstan, Türkiyə, Rusiya və İrana təbii qaz nəql olunduğunu bildirən ARDNŞ prezidenti tezliklə «Şahdəniz» layihəsinin işlənilməsinin 2-ci fazası və digər layihələr çərçivəsində hasil olunan təbii qaz həcmlərinin artacağını söyləyib.

Görüşdə iştirak edən İsveçrə iş adamları «SOCAR Trading» şirkətinin qısa müddət ərzində bu ölkədə qazandığı uğurları yüksək qiymətləndirib. Daha sonra onlar TransAdriatik qaz boru kəməri layihəsinin perspektivlərindən bəhs edib və Azərbaycanın etibarlı tərəfdaş kimi bu layihədə iştirak etməsində maraqlı olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR