Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı apreldə 9% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı apreldə 9% artıb
# 12 may 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Ceyhan limanından 3,1 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb ki, mart ayı ilə müqayisədə neft ixracının həcmi 9,2% artıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında isə bu göstərici 11,3 mln. ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan kəməri istismara veriləndən 2010-cu ilin may ayının 1-ə qədər Ceyhan limanından 116,1 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR