Bank Of Baku

Bakı-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəqli apreldə 0,6% artıb

Bakı-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin nəqli apreldə 0,6% artıb
# 12 may 2010 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,1 mln. ton Azərbaycan nefti nəql olunub ki, mart ayı ilə müqayisədə nəql olunan neftin həcmi 0,6% artıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 11,9 mln. ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə veriləndən 2010-cu ilin may ayının 1-ə qədər BTC-yə 118,4 mln. ton neft vurulub.

Qeyd edək ki, Azərbaycan nefti Türkiyənin Ceyhan limanına uzunluğu 1 769 km olan BTC kəməri vasitəsi ilə nəql edilir. Kəmərə ilk neft 2005-ci il may ayının 25-də vurulub və ilk neft Türkiyənin Ceyhan limanına 2006-cı il may ayının 28-də çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR