Bank Of Baku

İsveçrə Azərbaycanın TransAdriatik qaz boru kəməri layihəsində iştirakında maraqlıdır

İsveçrə Azərbaycanın TransAdriatik qaz boru kəməri layihəsində iştirakında maraqlıdır
# 12 may 2010 10:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, görüşdə çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanla İsveçrə arasında sıx əlaqələrin olmasından danışıb, ölkənin karbohidrogen ehtiyyatlarından məlumat verib: «Ötən il ərzində Azərbaycanda 51 mln. ton neft və 20 mlrd. kubmetr təbii qaz hasil olunub ki, 2010-cu ildə neft hasilatının 52-53 mln. ton, qaz hasilatı isə 30 mlrd. kubmetr olacağı proqnozlaşdırılır».

N.Abbaosv onu da qeyd edib ki, Azərbaycan hazırda Türkiyə, Rusiya, İran və digər ölkələrə təbii qaz ixrac edir: «Hazırda Türkiyə-Yunanıstan qaz kəməri mövcuddur və Azərbaycan qazı bu kəmər vasitəsilə nəql olunur. Bununla yanaşı, sözügedən kəməri İtaliyaya çəkilməsi üzrə layihələndirmə işləri də aparılır».

Azərbaycanın enerji sahəsindən danışan nazir müavini onu da qeyd edib ki, son 10 il ərzində ölkədə istehsal olunan elektrik enerjisi əhəmiyyətli dərəcədə artıb, yeni modul tipli stansiyalar inşa olunub və Azərbaycan elektrik enerjisi ixracına da başlamağa hazırdır: «Bizdə olan məlumata görə, İsveçrədə elektrik enerjisinin 60%-i alternativ yolla əldə olunur, digər 40%-i isə nüvə elektrik stansiyalarının vasitəsilə əldə edilir və Azərbaycan İsveçrənin alternativ enerji sahəsində olan təcrübəsindən istifadəsində maraqlıdır».

Öz növbəsində, İsveçrənin enerji üzrə federal ofisin direktoru Volter Steynman İsveçrənin energetika məhsullarının mübadiləsində maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan və İsveçrə neft sahəsi üzrə artıq əməkdaşlıq edir. Belə ki, 2010-cu ildə İsveçrəyə idxal olunan neftin 39%-i Azərbaycan nefti olub.

Daha sonra görüşdə TransAdriatik qaz boru kəməri layihəsinin perspektivlərindən bəhs edilib və İsveçrə tərəfi Azərbaycanın etibarlı tərəfdaş kimi bu layihədə iştirak etməsində maraqlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR