Bank Of Baku

İsveçrənin EGL şirkəti Azərbaycanda nümayəndəlik açır

İsveçrənin EGL şirkəti Azərbaycanda nümayəndəlik açır
# 12 may 2010 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İsveçrənin EGL enerji şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə bu gün İsveçrə-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və bu ölkənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə Azərbaycan Sənaye və Energetika Nazirliyinin nümayəndəlri arasında Bakıda keçirilən görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, artıq may ayının sonunda Azərbaycanda EGL şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Hazırda isə nümayəndəliyin açılmasının qeydiyyat işləri aparılır.

Qeyd edək ki, EGL şirkətinin açılması TransAdriatik qaz boru kəməri layihəsinin reallaşdırılması istiqamətində atılan addımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR