Bank Of Baku

Valter Steynman: «İsveçrə Azərbaycan qazının alınmasında maraqlıdır»

Valter Steynman: «İsveçrə Azərbaycan qazının alınmasında maraqlıdır»
# 12 may 2010 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İsveçrə Azərbaycan qazının alınmasında maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan İsveçrənin Enerji üzrə Federal Ofisinin direktoru Valter Steynman bildirib.

Onun sözlərinə görə, İsveçrə tərəfi təbii qazın alınmasına dair Avropaya xəttin çəkilməsində maraqlıdır: «Biz təbii qaz bazarının fəal iştirakçısı olmaq niyyətindəyik və ümid edir ki, Azərbaycan TransAdriatik qaz boru kəməri layihəsinin reallaşmasında İsveçrəyə dəstək verəcək. Artıq iyun ayında bu məsələ dövlət başçıları səviyyəsində müzakirə oluna bilər».

V.Steynman onu da bildirib ki, İsveçrənin AXPO şirkəti elektrik enerjisi istehsal edir və bu məhsul istehsalı üçün təbii qaz gərəkdir: «Biz İtaliyada 2 min MVt-lıq elektrik stansiyası inşa etmişik və burada istehsal olunan məhsulu digər ölkələrə də satmaq niyyətindəyik».

Qeyd edək ki, TransAdriatik qaz boru kəməri Avropaya mavi yanacağın Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə çatdırılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR