Bank Of Baku

Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair yeni sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə sıxılmış qazın nəqlinə dair yeni sənəd imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 12 may 2010 12:42 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər Azərbaycanın sıxılmış qazının Gürcüstana, buradan isə Rumıniyaya və daha sonra digər Avropa ölkələrinə nəqlinə dair qəbul olunmuş Buxarest memarandumu ilə bağlı protokol imzalayıblar. Sonra hər üç nazir qazın toplanması üçün terminalların tikintisinə dair müzakirələr aparıb.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib ki, bu gün üç ölkənin nazirləri sıxılmış Azərbaycan qazının Runıniyaya və oradan da Avropa ölkələrinə nəqli imkanlarını müzakirə edir: «Bu gələcəkdə çox sərmayə gətirən bir layihədir». Müzakirələrdə həmçinin Azərbaycanın energetika naziri Natiq Əliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrean Videanu iştirak edirlər. Nazirlər Gürcüstanda və Rumıniyada sıxılmış qaz istehsal edən qaz terminallarının tikilməsi ilə bağlı sənədlərin texniki və hüquqi tərəflərini müzakirə ediblər.

Azərbaycanın energetika naziri N.Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu tədbir üç ölkə üçün tarixi hadisədir: «Bu gün bir protokol imzalanıb. Protokolda qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Rumıniya yeni bir şirkət yaradacaq. Bu ideya və təşəbbüs Rumıniya prezidenti tərəfindən irəli sürülüb. Azərbaycan prezidenti İlham Əliyev də bu layihəni dəstəkləyib. Buxarest şəhərində imzalanan anlaşmada qeyd olunur ki, Rumıniya və Gürcüstanda Qara dəniz sahilində yeni terminallar tikilsin, eyni zamanda boru kəməri sahillə birləşdirilsin. Layihə üç elementdən ibarətdir. Azərbaycan üçün bu yeni bir dəhlizdir. Bu dəhlizlə biz heç kimdən asılı olmayaraq qazımızı Rumıniyaya çatdıracağıq. Bu yol ilə nəinki Rumıniyaya, həm də Qara dəniz ölkələrinə - Ukrayna və Bolqarıstana da qazımızı çatdıra bilərik. Eyni zamanda Bosfor boğazından Aralıq dənizinə keçə bilərik. Bu, Azərbaycan üçün yaranmış yeni imkandır».

N.Əliyev əlavə edib ki, yaxın bir ay ərzində layihənin icrası ilə bağlı Rumıniyada müştərək şirkət təsis olunacaq: “Onun təsisçiləri Azərbaycan, Rumıniya və Gürcüstan şirkətləri olacaq. Şirkət Rumıniyanın Buxarest şəhərində yaradılacaq”.

Gürcüstanın energetika naziri A.Xetaquri isə bildirib ki, Azərbaycan qazının sıxılması üçün terminalın Kulevi neft terminalında tikintisi nəzərdə tutulub: “Layihənin dəyəri 4-6 mlrd. avro təşkil edir. Digər terminalın isə Rumıniyada tikilməsi nəzərdə tutulub. Layihəyə görə, Azərbaycan qazı Gürcüstanda sıxılacaq, Rumıniyaya nəql edilib, orada maye halına salınacaq və bundan sonra Avropa ölkələrinin qaz təminatı ödəniləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR