Bank Of Baku

Azərbaycanda inşa olunacaq kiçik su elektrik stansiyaları yaxın 10 ildə ümumi istehsalı 350 MVt artıracaq

Azərbaycanda inşa olunacaq kiçik su elektrik stansiyaları yaxın 10 ildə ümumi istehsalı 350 MVt artıracaq
# 12 may 2010 13:25 (UTC +04:00)
Bakı. Nicat mustafayev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkədə su elektrik stansiyalarının tikintisini aparacaq şirkətləri müəyyənləşdirəcək. «APA-Economics»in məlumatına görə, bunu Agentliyin direktoru Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, hazırda su elektrik stansiyasının tikintisinin təşkili ilə «Azərenerji» ASC və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi məşğuldur: «Yaxın vaxtlarda Agentlik tərəfindən təyin olunan şirkətlər və ya Agentlik nəzdindəki qurum ölkədə su elektrik stansiyalarının tikintisi ilə məşğul olacaq».

A.Bədəlov onu da bildirib ki, hazırda ölkədə su elektrik stansiyalarının ümumi potensialı 4 min MVt həcmində qiymətləndirilir, kiçik su elkektrik stansiyaları isə yaxın 5-10 il ərzində daha 350 MVt elektrik enerjisi istehsal etməyə imkan yaradacaq: «Biz «Azərenerji»dən fərqli olaraq su elektrik stansiyalarını Kür və Araz çayları üzərində deyil, kiçik çaylar və kanallar üzərində inşa etmək niyyətindəyik. Artıq bir su elektrik stansiyasını biz Almaniya şirkətinin köməyi ilə Şəkidə qurmuşuq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR