Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsveçrənin bir sıra enerji şirkətlərinin rəsmiləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsveçrənin bir sıra enerji şirkətlərinin rəsmiləri ilə görüşüb
# 12 may 2010 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan İsveçrə-Azərbaycan dostluq qrupunun üzvləri və bu ölkənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Ş.Mövsümov Fondun fəaliyyəti, ARDNF tərəfindən maliyyələşdirilən layihələr, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-in aparıcı rolu barədə ətraflı məlumat verib.

Bununla yanaşı, Ş.Mövsümov ARDNF-ın fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR