Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi İordaniya şirkəti ilə zirehli gödəkcə və dəbilqə istehsalına dair müqavilə imzalayıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi İordaniya şirkəti ilə zirehli gödəkcə və dəbilqə istehsalına dair müqavilə imzalayıb
# 12 may 2010 19:25 (UTC +04:00)
Əmman. Rəşad Süleymanov, Şaiq Məmmədoğlu. Bu gün Əmman şəhərində keçirilən SOFEX-2010 sərgisi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İordaniyanın Kral II Abdullahın Layihə Bürosuna (KADDB) daxil olan «NP Aerospace Jordan» şirkəti arasında birgə istehsalın qurulmasına dair iki müqavilə imzalanıb. APA-nın SOFEX sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, KADDB pavilyonunda keçirilən imzalama mərasimində sənədi Azərbaycan tərəfdən müdafiə sənayesi naziri Yavər Camalov, İordaniya tərəfindən isə «NP Aerospace Jordan» şirkətinin baş direktoru Nəbil İssa imzalayıb. Daha sonra Y.Camalov İordaniya heyətinə MSN adından hədiyyə təqdim edib.

APA-ya açıqlamasında Y.Camalov bildirib ki, imzalanmış birinci müqaviləyə əsasən İordaniya şirkəti ilə birlikdə Bakıda zirehli mühafizə gödəkcələri istehsal olunacaq. İkinci müqavilə isə dəbilqələrin istehsalı ilə bağlıdır.

«İordaniya ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir və imzalanmış müqavilələr də bunun göstəricisidir», - deyə Y.Camalov vurğulayıb.

Nazir hazırda İordaniyanın hərbi şirkətləri ilə bir neçə istiqamətdə əməkdaşlığa dair danışıqların davam etdiyini və yaxın zamanlarda digər layihələr üzrə müqavilələrin imzalanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR