Bank Of Baku

Serbiya Azərbaycandan neft və qaz almaq istəyir

Serbiya Azərbaycandan neft və qaz almaq istəyir
# 13 may 2010 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Serbiya Azərbaycandan xam neft almaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunu Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Ciric Neboyja bildirib.

Onun sözlərinə görə, Serbiya Azərbaycandan neft-qaz idxal edə bilər: «İlk məqsədimiz Azərbaycandan xam neft almaqdır, həmçinin təbii qazın hansı formada, həcmdə və hansı marşrutla alınmasına dair də Azərbaycan hökuməti ilə müzakirələr aparacağıq».

C.Neboyja onu da bildirib ki, hazırda Serbiya Azərbaycana əczaçılıq və metallurgiya məmulatları ixrac edir. Eyni zamanda kənd təsərrüfatı məhsullarını mübadiləsinə dair də geniş imkanlar var: «Ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 5 mln. ABŞ dolları təşkil edib ki, bunun 4 mln. dolları Serbiyadan Azərbaycana ixrac olunan mal və məhsullar, 1 mln. dolları isə Azərbaycandan Serbiyaya ixrac olunan butan qazının payına düşüb».

Qeyd edək ki, bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya biznes-forumda tərəflər arasında kənd təsərrüfatı, əczaçılıq, turizm, tikinti, gəmi tikintisi və bu kimi sahələr ətrafında fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR