Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin cənub bölgəsinin qaz təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər görür

Azərbaycan Dövlət Neft Şirkətinin cənub bölgəsinin qaz təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər görür
# 13 may 2010 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyində ölkənin qaz təminatının yaxşılaşdırılması, yaşayış massivlərinin qazlaşdırılması və bu şəbəkənin genişləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son dövrdə Astara rayonunun qaz təsərrüfatı sistemində aparılan işlər də sürətləndirilib. Belə ki, rayonun Pensər, Kakalos, Şiyəkəran, Qamışovka, Kolatan, Bala-Şahağacı və Şahağacı kəndlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə əraziyə 159 mm-lik polietilen borular gətirilib, qaynaq olunmağa başlanıb, həmçinin 4 min metr uzunluğunda yer qazılıb. Paralel olaraq Şüvi, Sərək, Siyatük, Şovaş, Züngüləş və Alaşa kəndlərinin ərazisində polad borularla qazın çəkilişi işləri aparılır. Bu günə kimi 400-dən çox boru xətti dayaqlar üzərinə qaldırılıb və rənglənib. Rayonun Səməd Vurğun küçəsində 3 min metr uzunluğunda polad boru xəttinin tikintisinə başlanıb və bunun 1 200 metri artıq çəkilib. Yeni hazırlanmış layihə əsasında rayonun Qapıçıməhəllə və Alaşa kəndlərinin dairəvi qaz təchizatı sisteminin qurulması məqsədi ilə ümumi uzunluğu 2 min metr olacaq polad boru xəttinin 300 metri tikilib, dayaqlar üzərinə qaldırılaraq rənglənib.

Qeyd edək ki, ümumiyyətlə, 2010-cu ilin sonunadək ARDNŞ ölkədə yeraltı qaz anbarlarının tutumunu genişləndirmək, mövcud kompressor stansiyalarının gücünü artırmaq, regionların qazlaşdırılması prosesini intensivləşdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR