Bank Of Baku

İran Milli Qaz Şirkətinin rəhbəri: Azərbaycandan qaz nəqlinin həcmini artırmaq üçün yeni qaz kəmərləri çəkilməlidir

İran Milli Qaz Şirkətinin rəhbəri: Azərbaycandan qaz nəqlinin həcmini artırmaq üçün yeni qaz kəmərləri çəkilməlidir
# 14 may 2010 09:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA-Economics. “Hazırda Azərbaycanla ikitərəfli münasibətlərimiz çox yaxşıdır, xüsusi ilə də qaz sənayesi sahəsində əlaqələrimiz yüksək səviyyədə inkişafa doğru gedir”. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran Milli Qaz Şirkətinin rəhbəri Seyyid Rza Kəsayizadə deyib.

O bildirib ki, Azərbaycanla uzunmüddətli qaz alışı barədə müqavilə imzalanıb: “Hazırda çalışırıq ki Azərbaycandan İrana illik qaz alışının miqdarını 2 milyard kub metrə çatdıraq”.

R.Kəsayizadə bildirib ki, danışıqlar Azərbaycandan İrana nəql olunan qaz kəmərlərinin istənilən miqdarda qaz nəqlinə cavab verməməsi məsələsi də müzakirə olunub: “Azərbaycandan İrana qaz nəqlinin əcmini artırmaq üçün yeni qaz kəmərləri çəkilməlidir. Bu kəmər vasitəsilə Azərbaycandan İrana ildə 10 milyard kub metr həcmində və ya daha artıq qaz idxal ediləcək. Azərbaycandan alacağımız qazla İranın şimal rayonlarının qaz təminatını tam ödəmiş oluruq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR