Bank Of Baku

Şəmkir SES və Səngəçal ES-də proqnoz tapşırığı artıqlaması ilə yerinə yetirib

Şəmkir SES və Səngəçal ES-də proqnoz tapşırığı artıqlaması ilə yerinə yetirib
# 14 may 2010 15:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Şəmkir SES silsiləsi” müəssisəsi proqnoz tapşırığı artıqlaması ilə yerinə yetirib.

“Azərenerji”dən «APA-Economics»ə verilən məlumata görə, adıçəkilən silsilə üzrə bu ilin dörd ayı ərzində 221 milyon 500 min kilovat saat proqnozuna qarşı 222 milyon 435 min kilovat saat elektrik enerjisi istehsal edilib.

Elektrik enerjisinin istehsalına enerjinin xüsusi sərfində isə 15 min kilovat saat qənaət əldə edilib. “Şəmkir” və “Yenikənd” SES-lərin hidroaqreqatları normal işləyir. Bununla yanaşı, təmir işləri də diqqət mərkəzindədir. Belə ki, silsilə üzrə daha da dayanıqlı və stabil enerji istehsalının təmin edilməsi məqsədilə müxtəlif təyinatlı təmir-bərpa işləri bu gün də davam etməkdədir.

ASC-nin məlumatına görə, Səngəçal elektrik stansiyasında 400 milyon kilovat saatdan artıq istehsal müşahidə olunub. Belə ki, bu ilin aprel ayında müəssisədə 67,6 milyon kilovat saata yaxın elektrik enerjisi istehsal edilib, bu isə proqnozlaşdırıldığından 5,6 milyon kilovat saat çoxdur. Bu ilin ötən 4 ayı ərzində 390 milyon kilovat saat elektrik enerjisi proqnozuna qarşı 403,6 milyon kilovat saata yaxın elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, 18 aqreqatdan ibarət, ümumi gücü 300 MVt olan bu elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib. Bu stansiyanın digər stansiyalardan fərqi ondadır ki, burada yanacaq kimi qaz, mazut və dizel yanacağından istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR