Bank Of Baku

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqlayıb

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqlayıb
# 14 may 2010 15:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) 2010-cu il mayın 14-də Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli qrupun iclası keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanın mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqladığı və dərc etdiyi, qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğuna görə MHŞT-nin tamhüquqlu üzvü statusunu alması qeyd olunub.

MHŞT üzrə Hökumət komissiyası “Mur Stefens” audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti 12-ci hesabatını (2009-cu il üzrə) açıqlayıb. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir. İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə, qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətin də məlumatları öz əksini tapıb.

Hesabatda əvvəlkilərdən fərqli olaraq, səmt və təbii qaz ayrılıqda, eləcə də vergilər müxtəlif növlər üzrə təqdim olunub ki, bu da hesabatın təqdim etdiyi məlumat bazasını genişləndirib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunub.

Qeyd edək ki, ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən hasilatında şəffaflığın artırılması Koalisiyasının (www.eiti-az.org) internet səhifələrində yerləşdirilir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR