Bank Of Baku

Rusiya ilə Türkiyə arasında “Cənub axını” kəmərinin tikintisinə dair yekun razılaşmanın noyabrda əldə olunacağı gözlənilir

Rusiya ilə Türkiyə arasında “Cənub axını” kəmərinin tikintisinə dair yekun razılaşmanın noyabrda əldə olunacağı gözlənilir
# 15 may 2010 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya və Türkiyə “Cənub axını” boru kəmərin tikintisi üzrə sənədlər paketini 2010-cu ilin noyabrında tam razılaşdıracaq. “APA-Economics”ın məlumatına görə, bu barədə Rusiya hökumətinin iclasında baş nazirin müavini İqor Seçin bildirib.

İ. Seçin deyib ki, Türkiyə tərəfi “Cənub axını” layihəsinin reallaşmasını təsdiqləyib. “Türkiyənin baş naziri açıq bəyan edib ki, noyabrda tikintinin başlanmasına icazə verən lazımi sənədlər təqdim olunacaq”, - deyə Rusiyanın baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, “Cənub axını” layihəsi Qara dəniz akvatoriyasından Cənub və Orta Avropa ölkələrinə qaz ötürəcək boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin ümumi uzunluğu 900 km, ötürmə qabiliyyəti ildə 63 mlrd. kub/metr olacaq. Qaz boru kəmərinin 2015-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR