Bank Of Baku

ARDNŞ-in yeni vitse-prezidentlərinin təqdimatı olub

ARDNŞ-in yeni vitse-prezidentlərinin təqdimatı olub
# 15 may 2010 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni təyin olunmuş vitse-prezidentlərinin təqdim olunma mərasimi keçirilib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək son illər ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışmış, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb.

Bildirilib ki, şirkət böyüyüb inkişaf etdikcə, onun strukturu daha da təkmilləşdirilir. Bu yaxınlarda Azərbaycan prezidenti ARDNŞ-nin idarəetmə strukturunda neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib. Dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Rəhman Qurbanov təyin olunub. Ölkə başçısının başqa bir sərəncamı ilə Soltan Əliyev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilib.

R. Abdullayev Rəhman Qurbanov və Soltan Əliyevin əmək fəaliyyətindən danışıb, onların ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR