Bank Of Baku

Azərbaycanda yanvar-aprel aylarında sənaye istehsalı 5,2% artıb

Azərbaycanda yanvar-aprel aylarında sənaye istehsalı 5,2% artıb
# 17 may 2010 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla 9,6 mlrd. manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 5,2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənaye məhsulunun 77,7%-i mədənçıxarma bölməsində, 16,4%-i emal bölməsində, 5,4%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 5%, qeyri-neft sektorunda isə 9,9% artıb. Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 5,1% artıb. Dörd ay ərzində 16,7 mln. ton neft, 5,9 mlrd. kubmetr qaz hasil olunub.

Hesabat dövründə emal bölməsində məhsul istehsalı 9,9% artıb, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 0,3%, geyim istehsalı 6,5%, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması 4,5%, neft məhsulları istehsalı 15%, kimya sənayesi məhsulları istehsalı 3,8 dəfə, rezin və plastmas məmulatları istehsalı 23%, metallurgiya sənayesi məhsulları istehsalı 40,1%, hazır metal məmulatları istehsalı 5,4%, elektrik avadanlıqları istehsalı 9,9%, maşın və avadanlıqlar istehsalı 98%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,2 dəfə artıb.

Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulları istehsalı 2,5% artıb. Buna baxmayaraq, hesabat dövründə 6,6 mlrd. kVt/saat və ya keçən ilki səviyyədən 7,6% az elektrik enerjisi istehsal olunub.

Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı isə 0,4% artıb.

İstehsal olunmuş sənaye məhsulunun 99,3%-i istehlakçılara göndərilib, bununla belə, müəssisələrin anbarlarında 284,3 mln. manatlıq hazır məhsul qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR