Bank Of Baku

Azərbaycanda təhlükəli tullantıların miqdarı 44% azalıb

Azərbaycanda təhlükəli tullantıların miqdarı 44% azalıb
# 17 may 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda yaranmış təhlükəli tullantıların miqdarı 2008-ci ilə nisbətən 44% azalaraq 16 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, onların 89%-i Bakı, 10%-i isə Sumqayıt şəhərlərində yerləşən müəssisələrin payına düşüb. Yaranmış təhlükəli tullantıların 10,3 min tonu və ya 64%-i müəssisələrdə istifadə edilib, əvvəlki illərdən qalan tullantıların 6,9 min tonu tamamilə zərərsizləşdirilib (məhv edilib).

Bunula yanaşı, 2010-cu ilin əvvəlinə müəssisələrdə mövcud olan 1,6 mln. ton təhlükəli tullantılardan 1,2 mln. tonu metallurgiya emalında əmələ gələn IV dərəcəli şlaklardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR