Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktor müavini Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktor müavini Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub
# 17 may 2010 16:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Ana Maria Cetto Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənovla görüşüb.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı AEBA tərəfindən komitədə yaradılacaq dozimetrik laboratoriyanın inşası barədə fikir mübadiləsi aparılıb.

Komitənin sədri Ramiz Həsənov AEBA ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib və buna nümunə olaraq bu il həmin təşkilatın Azərbaycanda böyük bir laboratoriya inşa edəcəyini söyləyib. Layihənin şərtlərinə uyğun olaraq Azərbaycan hökuməti tərəfindən laboratoriya üçün yer ayrılıb. Laboratoriya Sumqayıt şəhərində SMPDK-nın balansında fəaliyyət göstərəcək.

Qonaq təşkilat tərəfindən yaradılacaq laboratoriyanın əhəmiyyətindən danışaraq, bu sahədə Azərbaycana hər cür dəstəyin veriləcəyini bildirib. Tələb olunan avadanlıqlarla təchizat da AEBA tərəfindən həyata keçiriləcək. Dozimetrik laboratoriya vasitəsilə tibb müəssisələrində olan rentgen aparatları, sərhəd-keçid məntəqələrində məhsulların radioaktivlik səviyyəsini ölçən aparatlar, ümumiyyətlə, radiasiya sızması təhlükəsi olan avadanlıqlar yoxlanılacaq.

Artıq laboratoriyada çalışacaq yerli mütəxəssislər müəyyənləşib və bu ilin sentyabr ayında AEBA-nın ekspertləri onlara təlim keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR