Bank Of Baku

OPEC: Neftin optimal qiyməti 70-80 dollardır

OPEC: Neftin optimal qiyməti 70-80 dollardır
# 18 may 2010 08:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft ixracatçısı ölkələri təşkilatı (OPEC) neftin optimal qiymətinin 1 barel üçün 70-80 dollar olduğunu hesab edir. «APA-Economics»in «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyantla Qətərin energetika və sənaye naziri Abdulla bin Həmada Əl-Ətiyə çıxış edib.

Bu qiymət diapazonunun ədalətli olduğunu vurğulayan nazir qeyd edib ki, məsələn, 2008-ci ildə 150 dollara çatan qiymət istehlakçıların mövqeyindən ədalətli deyil.

Qeyd edək ki, İsveçrənin «Credit Suisse» bankının neft və xammal bazarları üzrə analitklərinin proqnozlarına görə, hələ uzun müddət ərzində neftin qiyməti 70-90 dollarlıq diapazonda dəyişəcək.

Xatırladaq ki, mayın 17-də qeydə neftin qiyməti 70 dollar olub. Ümumilikdə, Avropa ölkələrində dövlət borcları böhranının yaranması, kəskinləşməsi və genişlənməsi ehtimalları səbəbindən mayın əvvəlindən neftin qiyməti 18,7% düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR