Bank Of Baku

«Ekoloji Park»da alternativ enerji mənbələri quraşdırılır

«Ekoloji Park»da alternativ enerji mənbələri quraşdırılır
# 04 oktyabr 2010 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) H.Z.Tağıyev adına NQÇİ-in 9,3 hektar ərazisində Ekologiya İdarəsi tərəfindən salınan «Ekoloji Park»da alternativ enerji mənbələrinin quraşdırılmasına başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, artıq parkda hər birinin gücü 10 kVt/saat olan 4 ədəd külək generatoru və ümumi gücü 20 kVt/saat olan günəş batareyaları quraşdırılıb. Parkda alternativ enerji mənbələrindən alınan enerjinin ümumi həcmi 60 kVt/saat təşkil edir. Külək generatorları və günəş batareyaları Çinin «MaxWind» şirkəti tərəfindən istehsal edilib. Hazırda həmin şirkətin mütəxəssisləri tərəfindən sazlama işləri aparılır. İşlərin oktyabr ayında tam başa çatdırılması nəzərdə tutulub. «MaxWind» şirkətinin mütəxəssisləri həmiçinin quraşdırılmış avadanlıqlara 1 il müddətinə texniki xidmət göstərəcək, yerli personala avadanlıqlardan istifadə qaydalarını öyrədəcək, təlimlər keçəcək.

Qeyd edək ki, «Ekoloji Park»da inzibati binanın elektrik təchizatı, ərazinin işıqlandırılma sistemləri və digər sahələrin enerji tələbatı həmin alternativ enerji mənbələrindən təmin ediləcək.

Xatırladaq ki, «Ekoloji Park» Abşeron yarımadasında ekoloji vəziyyətin normallaşdırılması üçün yaşıllıq zolaqlarının artırılması, buradakı iqlim şəraitinə uyğunlaşa bilən ekzotik ağac-kol və dekorativ bitkilərin becərilməsi, Abşeronun nəsli kəsilmək təhlükəsi olan nadir bitkilərindən ibarət kolleksiyanın yaradılması məqsədilə salınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR