Bank Of Baku

Ötən ay Kulevi terminalından dünya bazarlarına 347 332 ton neft və neft məhsulu göndərilib

Ötən ay Kulevi terminalından dünya bazarlarına 347 332 ton neft və neft məhsulu göndərilib
# 05 oktyabr 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi terminalı vasitəsilə Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracı davam etdirilir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, terminal cari ilin sentyabr ayı ərzində 312 718 ton neft və neft məhsulları qəbul edib. Ötən ay terminal vasitəsilə 347 332 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib. Kulevi terminalı istismar müddətində 278 tanker qəbul edib və yola salıb ki, bunun da 66-sı 2008-ci, 112-si isə 2009-cu ilin payına düşür.

Qeyd edək ki, sentyabrın 13-də terminalın ümumi yükdaşımanın həcmi 6 mln. tona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR