Bank Of Baku

OPEC-in neft səbətinin qiyməti 80 dolları keçib

OPEC-in neft səbətinin qiyməti 80 dolları keçib
# 06 oktyabr 2010 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) neft səbətinin qiyməti son 5 ay ərzində ilk dəfə olaraq 80 dollar/bareli ötüb.

«APA-Economics»in məlumatına görə, ötən gün keçirilən hərracda səbət 19 sent bahalaşaraq 80,14 dollar/barelə çatıb. Bu da cari ilin may ayının 5-də olan göstəricini ötüb keçib. OPEC-in səbətinin maksimal göstəricisi isə 2008-ci ilin iyulun 3-də qeydə alınıb - 140,73 dollar/barel.

Qeyd edək ki, OPEC-in neft səbəti («OPEC Reference Basket of crudes») bu təşkilata üzv olan ölkələrin dünya bazarına ixrac etdiyi neftin qiymətinin ortaölçülü məcmu göstəricisidir. Ötən ilin yanvar ayından səbət «Saharan Blend» (Əlcəzair), «Girassol» (Anqola), «Oriente» (Ekvador), «Iran Heavy» (İran), «Basra Light» (İraq), «Kuwait Export» (Küveyt), «Es Sider» (Liviya), «Bonny Light» (Nigeriya), «Qatar Marine» (Qətər), «Arab Light» (Səudiyyə Ərəbistanı), «Murban» (BƏƏ) və «Merey» (Venesuela) tipli 12 neft markası ilə təmsil olunub. Səbətin qiymət dəyəri hər gün OPEC-in katibliyi tərəfindən hesablanır.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR