Bank Of Baku

Qazaxıstanın baş naziri CEİBC nümayəndə heyətini qəbul edib

Qazaxıstanın baş naziri CEİBC nümayəndə heyətini qəbul edib
# 06 oktyabr 2010 13:24 (UTC +04:00)
Bakı - APA-Economics. Astanada səfərdə olan Xəzər İşgüzar İnteqrasiya Klubunun (CEİBC) nümayəndə heyəti bu gün Qazaxıstanın baş naziri Kərim Məsimovla görüşüb.

CEİBC-dən “APA-Economics”ə verilən məlumata görə, klubun prezidenti və baş icraçı direktoru Telman Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin baş nazirlə görüşündə əsas müzakirələr Azərbaycan-Qazaxıstan münasibətlərinin mövcud durumu və perspektivləri ilə bağlı olub.

T.Əliyev CEİBC-nin yaranma tarixi və klubda təmsil olunan şirkətlər haqda K.Məsimova məlumat verib, birgə layihələrdə iştirak arzularını diqqətə çatdırıb. Öz növbəsində baş nazir müvafiq qurumlara CEİBC-də təmsil olunan şirkətlərin birgə layihələrdə iştirak perspektivlərini öyrənməyi tapşırıb.

Görüşün sonunda Qazaxıstanın baş nazirinə CEİBC-nin fəxri üzvü sertifikatı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR