Bank Of Baku

Aleksey Kudrin: «Neftin qiyməti ucuzlaşacaq»

Aleksey Kudrin: «Neftin qiyməti ucuzlaşacaq»
# 06 oktyabr 2010 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 3 il ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 60 ABŞ dollarınadək ucuzlaşacaq və təxminən yarım il ərzində bu səviyyədə qalacaq. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu proqnozu Rusiyanın maliyyə naziri Aleksey Kudrin səsləndirib.

Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiyməti real deyil və bazardakı real tələbat səviyyəsinə uyğun gəlmir. Belə ki, son vaxtlar neft konrtraktları ifrat likvidlik problemi ilə üzləşmiş investorların ciddi marağına səbəb olub. Bu səbəbdən bazardakı qiymət bir qədər şişirdilib.

A.Kudrin qeyd edib ki, hazırda ABŞ və Avropanın pul çapı maşınları aktiv işləyir, likvidlik dəyərsizləşir və neft kontraktlarına yönəldilir: «Hansısa bir vaxtda mərkəzi banklar tərəfindən bu qədər likvidliyin çap olunması dayandırılacaq və nəticədə, neftin qiyməti düşə bilər».

Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 60 dollar/barel səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR