Bank Of Baku

“KAZENERGY” Avrasiya Forumu çərçivəsində energetika və iqlim dəyişiklikləri məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilib - FOTOSESSİYA

“KAZENERGY” Avrasiya Forumu çərçivəsində energetika və iqlim dəyişiklikləri məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 oktyabr 2010 15:22 (UTC +04:00)
APA-nın “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, konfransda spiker qismində Kazaxıstanın ətraf mühitin mühafizəsi nazirinin müavini Eldana Sadvakasova, Avstraliyanın sabiq baş naziri Con Hovard, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko, Abengoa S.A. şirkətinin beynəlxalq məsələlər üzrə direktoru German Bejarano, Karbohidrogen Standartı Könüllü Assosiasiyasının rəhbəri Devid Antpnioli, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, “KAZENERGY” assosiasiyasının baş direktoru Cambulat Sarsenov çıxış ediblər.

Konfrans iştirakçıları energetikanın ətraf mühitə zərərli təsirinin aşağı salınması, iqlim dəyişikliyi prosesi, Xəzər regionunda texnogen qəzaların yol verilməməsi məsələləri ətrafında çıxışlar ediblər. Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko çıxışında bildirib ki, respublikada neft axmalarına reaksiyaya dair daimi milli komissiya fəaliyyət göstərir.

İştirakçılar Qazaxıstan energetikasının ekoloji dayanıqlılığının yüksəldilməsində və beynəlxalq ekoloji əməkdaşlıqda “KAZENERGY” assosiasiyasının rolunu xüsusi qeyd ediblər. Onlar dövlətlərin energetika kompleksinin iqlimə neqativ təsirinin minimuma endirilməsi üçün birgə məqsədyönlü fəaliyyətinin həyata keçirilməsi təklifinə bağlı olduqlarını qeyd ediblər. Mətbuat konfransında Qazaxıstan energetikasının ekoloji dayanıqlılığının artırılması, Xəzər regionunda texnogen qəzalara yol verməmək üçün preventiv tədbirlərin görülməsi istiqamətində dövlətlərin məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR