Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti və BP arasında «Şəfəq-Asiman» bloku üzrə saziş imzalanıb - YENİLƏNİB

Azərbaycan Dövlət Neft Şirkəti və BP arasında «Şəfəq-Asiman» bloku üzrə saziş imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 07 oktyabr 2010 07:23 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «BP-Azerbaijan»ın prezidenti Rəşid Cavanşir imzalayıb. İmzalanma mərasimində Bakıda səfərdə olan BP-nin prezidenti Robert Dadli də iştirak edib.

Tədbirdə çıxış edən R.Dadli bunları deyib: «Ümid edirəm ki, bizim aparıcı texnologiya və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq».

R.Abdullayev isə öz növbəsində ARDNŞ və BP arasında mövcud əməkdaşlıqdan danışıb və qeyd edib ki, tərəflər arasındakı əməkdaşlıq yeni layihələrlə davam etdiriləcək.

R.Dadli bildirib ki, tərəflər arasında 20 illik əməkdaşlıq dövründə bir çox nailiyətlər əldə olunub: «Eyni zamanda «Şəfəq-Asiman» üzrə məhsuldar nəticələrin əldə olunacağına ümid edirəm».

Qeyd edək ki, «Şəfəq-Asiman» perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi 4 il çəkəcək və lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadıla bilər. Hər yataqda bir kəşfiyyat quyusu qazılacaq. Sözügedən perspektiv struktur qaz-kondensat strukturu kimi dəyərləndirilir.

Xatırladaq ki, bundan öncə «Şəfəq-Asiman» dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən «Sazişin Əsas Prinsipləri» razılaşdırılıb və imzalanıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən, «BP Exploration Caspian Sea» şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50% paya malikdir.

«Şəfəq-Asiman» bloku Bakıdan 125 km cənub-şərqdə yerləşir və 110 kv. km ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR