Qeyd edək ki, analoji tendensiya qaz hasilatı üzrə də gözlənilir, hətta qaz hasilatı üzrə artım tempinin daha yüksək olacağı proqnozlaşdırılır:
| 2009 (fakt) | 2010 | 2011 | 2012 | 2013 | 2014 |
Neft hasilatı (min ton) |
50 422,2 |
51 961,5 |
51 554,2 |
53 651,4 |
54 980 |
62 401,3 |
Qaz hasilatı (mln. m3) |
23 681,1 |
27 078,9 |
29 135,9 |
27 846,8 |
29 353,5 |
32 151,4 |
Əmtəəlik qaz |
17 063,4 |
17 637,7 |
18 179,2 |
18 179,2 |
18 179,2 |
18 179,2 |
Göründüyü kimi, neft hasilatı üzrə 2011-ci ildə, qaz hasilatı üzrə isə 2012-ci ildə müqayisəli azalma gözlənilir.
Ümumilikdə, 2009-cu ilin faktiki göstəriciləri ilə müqayisədə 2014-cü ildə neft hasilatının 23,8%, qaz hasilatının isə 35,8% artacağı proqnozlaşdırılır.