Bank Of Baku

Bakı-Ceyhan neft kəmərinin ötürmə gücü artırılacaq

Bakı-Ceyhan neft kəmərinin ötürmə gücü artırılacaq
# 07 oktyabr 2010 08:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. barel təşkil edir, lakin hazırda bu kəmər vasitəsilə daşınan həcm bundan azdır: «Son zamanlar BTC ilə Türkmənistan neftinin daşınmasına da başlanılıb. Əlavə olaraq sözügedən kəmərlə Qazaxıstan, Rusiya mənşəli və s. neftin daşınması Azərbaycan üçün cəlbedicidir və ARDNŞ bu məsələdə maraqlıdır ki, kəmər tam gücü ilə işləsin».

V.Əliyev qeyd edib ki, ehtiyac yaranarsa perspektivdə boru kəmərinin ötürmə gücü 1,6 mln. barelə və bundan da çox artırılacaq: «Ehtiyac yaranarsa biz bunu həll edə bilərik. Lakin hazırda bu məsələ gündəmdə deyil».

V.Əliyev onu da bildirib ki, hazırda Qazaxıstanda «Kaşaqan» layihəsi həyata keçirilir və artıq 2019-cu ildə bu layihə çərçivəsində böyük neft hasilatı gözlənilir.

Qeyd edək ki, ötən il BTC kəməri ilə neft nəql edən Qazaxıstan tərəfi 2010-2011-ci illərdə bu kəmərdən nəqletmədən imtina edib.

Xatırladaq ki, 2006-cı iyul ayında rəsmi açılışı olan BTC kəmərinin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR