Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti xaricdə yeni investisiya layihələri həyata keçirmək niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti xaricdə yeni investisiya layihələri həyata keçirmək niyyətindədir
# 07 oktyabr 2010 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) xarici ölkələrdə yeni perspektivli investisiya layihələrini araşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, ARDNŞ böyük potensiala malik bir şirkətdir və hazırda şirkət Türkiyə, Gürcüstan kimi ölkələrdə layihələr həyata keçirir: «Biz xaricdə, o cümlədən Avropada yeni investisiya layihələrini araşdırırıq. Bura İtaliya kimi ölkələri aid etmək olar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR