Bank Of Baku

Azərbaycan prezidenti bp-nin icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti bp-nin icraçı direktorunu qəbul edib
# 07 oktyabr 2010 11:31 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla bp arasında uzun illər uğurlu əməkdaşlığın aparıldığını vurğulayıb. Prezident bp-nin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda, şirkətin keçmiş icraçı direktoru Toni Heyvorda Azərbaycanla bp arasında əməkdaşlığın genişlənməsi işinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı R. Dadlinin rəhbərliyi ilə Azərbaycanla bp arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, bp-nin icraçı direktoru Robert Dadli Azərbaycana doqquz il əvvəl səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf getdiyini deyib. Azərbaycanda yaxşı investisiya mühitinin olduğunu vurğulayan qonaq bp ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın aparıldığını bildirib və bunu yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR