Bank Of Baku

Rusiyada elektrik enerjisi 10% bahalaşır

Rusiyada elektrik enerjisi 10% bahalaşır
# 07 oktyabr 2010 14:22 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın Tariflər üzrə Federal Xidməti ölkədə elektrik enerjisi tariflərinin son artım həddini müəyyənləşdirib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiyada 2011-ci il üçün elektrik enerjisi tariflərinin son artım həddi orta hesabla 10% olacaq, istilik enerjisi tarifləri isə 14%-dən çox artmayacaq.

Qeyd edək ki, 2009-cu ildə Rusiyada elektrik enerjisi tarifləri əhali üçün 25%, sənaye istehlakçıları üçün 19% bahalaşıb. Bu il bu göstərici müvafiq olaraq 10% və 7,6% olub.

Gələn il Rusiyada qaz ən azı 15%, istilik 12-14%, kommunal xərclər isə 15% bahalaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR