Bank Of Baku

Azərbaycan Ukraynaya neft ixracını artıracaq

Azərbaycan Ukraynaya neft ixracını artıracaq
# 08 oktyabr 2010 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri 2010-cu ilin oktyabrın 27-də baş tutacaq.

APA-Economics”in RBC-ya istinadən xəbərinə görə, bu barədə oktyabrın 7-də Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında bildirilib.

Ukrayna baş nazirinin birinci müavini Andrey Klyuyevin sözlərinə görə, tərəflər energetika, energetika, maşınqayırma, kənd təsərrüfatı, mədəniyyət, elm və səhiyyə sahələrində əməkdaşlıq məsələləri müzakirə edib.

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib ki, iclasda hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək, kosmik və nəqliyyat sahələrində əməkdaşlıq etmək üçün razılıq əldə olunub: “Biz yaxın zamanlarda 2011-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə tədbirlər planı hazırlamaq istəyirik”.

A.Klyuyev əlavə edib ki, tərəflər Ukraynaya nəql olunan Azərbaycan neftinin həcminin artırılması barədə danışıqlar aparır və 2-3 həftədən sonra bunun real nəticələri görünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR