Bank Of Baku

Azərbaycan paytaxtında bu il 281 km yeni qaz boru xətti çəkilib

Azərbaycan paytaxtında bu il 281 km yeni qaz boru xətti çəkilib
# 08 oktyabr 2010 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Regionların sosial-Iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində ölkənin qaz təchizatının yaxşılaşdırılması, əhalinin mavi yanacaqla itkisiz və keyfiyyətli təminatı məqsədi ilə işlər görür, yeni qaz kəmərlərinin çəkilişi, istismara yararsız qaz xətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyətini genişləndirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin ilk yarısında Bakı şəhərinin Binəqədi, Xəzər, Sabunçu, Xətai, Nizami, Qaradağ, Nərimanov, Suraxanı, Səbail rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıxarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə ümumilikdə 280,7 km boru xətti çəkilib. Qaz təchizatının yaxşılaşdırılması və qazlaşdırılması məqsədi ilə Abşeron rayonunun Qobu, Fatmayı, Saray, Çaylı, Novxanı, Goradil, Digah, Qobustan, Masazır, Ceyranbatan, Atyalı, Nübar, Daş Güzdək, Aşağı Güzdək, Məhəmmədi kəndlərində də müxtəlif diametrli 188,5 km uzunluğunda qaz kəməri quraşdırılıb.

Bundan başqa, Mingəçevir şəhəri Günəşli yaşayış massivini, Ağdam rayonunun Quzanlı və Hacıməmmədli, Füzuli rayonu Arayatlı, Babı, Qazaxlar, Mirzənağılar, Əhmədalanlar, Molla Məhərrəmli kəndlərini təbii qazla təmin etmək üçün müxtəlif diametrli 63,8 km uzunluğunda qaz xətləri çəkilib. Eyni zamanda, Tərtər rayonunun Qaynaq, Qapanlı və Qazyan kəndlərinin qaz təchizatının bərpası məqsədilə 42,1 km uzunluğunda daşıyıcı və paylayıcı küçə qaz kəmərləri quraşdırılıb. Bərdə rayonunda yerləşən qaz-tənzimləyici məntəqədən daşıyıcı qaz kəməri çəkilib, şəhərin 2-ci yaşayış massivinin Həsənqaya, Samuxlu, Satırlı və Mirzəbəyli kəndlərinə müxtəlif diametrli boru xətləri çəkilmiş, həmçinin, Şabran rayon mərkəzinin qaz təchizatı şəbəkəsinin tam yenidən qurulması layihəsi çərçivəsində müxtəlif diametrli 109,6 km uzunluğunda qaz kəməri quraşdırılıb. Səngəçal Baş Qurğularında qəbul edilən yüksək təzyiqli qazın müxtəlif istiqamətlərdə və texnoloji rejimdə təhlükəsiz nəqli məqsədilə 47 km uzunluğunda 1 020 mm-lik «Səngəçal-Qazıməmməd» magistral qaz kəmərinin tikintisi davam etdirilir. Artıq bu kəmərin 33,6 km-lik hissəsi quraşdırılıb.

Ümumilikdə, cari ilin 6 ayı ərzində müxtəlif diametrli 385,9 km qaz kəməri əsaslı təmir olunub, əhali istehlakçılarının mənzillərində 58 099 ədəd qaz sayğacı quraşdırılıb və ya yenisi ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR