Bank Of Baku

Amerikalı ekspert: “Azərbaycan “Cənub dəhlizi” layihəsində çox mühüm rol oynayır”

Amerikalı ekspert: “Azərbaycan “Cənub dəhlizi” layihəsində çox mühüm rol oynayır”
# 08 oktyabr 2010 09:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə energetika sahəsində amerikalı ekspert Edvard Çou bildirib.

Onun fikrincə, Azərbaycan enerjidaşıyıcılarının həm istehsalçısı, həm də tranzit ölkə olaraq böyük əhəmiyyətə malikdir: “Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz kəmərləri təkcə Azərbaycan üçün yox, bütün region üçün böyük rol oynayır. Hətta 20-30 ildən sonra Azərbaycanda hasilatın həcmi azalarsa, enerjidaşıyıcılarının regional həcmi bu boşluğu dolduracaq”.

Ekspert qeyd edib ki, ABŞ-ın Xəzər regionundakı siyasəti kifayət qədər ardıcıl və davamlıdır: “ABŞ-da prezident administrasiyalarının dəyişməsi bu siyasətə təsir etmir. ABŞ enerjidaşıyıcılarının nəqli üçün marşrutların çox olmasının tərəfdarıdır”.

E.Çou hesab edir ki, iqtisadi böhran səbəbindən qazın nəqli üçün irimiqyaslı layihələr gündəmdən çıxıb və onların yerini qısamüddətli layihələr tutub: “Artıq bazarın şərtləri 2008-ci ilin şərtlərindən köklü şəkildə fərqlənir. ABŞ Xəzər dənizinin demarkasiyası üçün öz köməyini təklif edib. Mübahisəli olmayan ərazilər investisiya qoyuluşu üçün daha cəlbedici görünür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR