Bank Of Baku

Amerikalı ekspert: “AGRI perspektivə istiqamətlənmiş iddialı layihədir”

Amerikalı ekspert: “AGRI perspektivə istiqamətlənmiş iddialı layihədir”
# 08 oktyabr 2010 11:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) çox iddialı layihədir və onun reallaşdırılması çox vaxt tələb edir. Bu barədə “APA-Economics”ə energetika sahəsində amerikalı ekspert Edvard Çou bildirib.

Onun sözlərinə görə, bu layihənin reallaşması üçün bir çox iqtisadi maneələri dəf etmək lazımdır: “Nabucco” layihəsi ilə müqayisədə AGRI layihəsi perspektivə istiqamətlənib. ITGI (İtaly-Turkey-Greece Interconnector) layihəsi AGRI layihəsi ilə müqayisədə daha ucuz olduğundan, onu daha real seçim saymaq olar”.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR