Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı sentyabrda 6,5% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı sentyabrda 6,5% azalıb
# 08 oktyabr 2010 15:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin Cehan limanından 2010-cu il sentyabr ayında 2 975,2 min ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu da analoji avqust göstəricisi ilə müqayisədə 6,45% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 27,892 mln. ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verilən gündən 2010-cu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 132 510,857 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR