Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti qaz proqnozlarını artıqlaması ilə icra edib

Azərbaycan Dövlət Neft Şirkəti qaz proqnozlarını artıqlaması ilə icra edib
# 08 oktyabr 2010 15:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin sentyabr ayı ərzində ölkənin təbii qaz təchizatı sisteminə 881,066 mln. kubmetr «mavi yanacaq» verib. Bu isə avqust ayına nisbətən 1,46% çoxdur.


ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bunun 260,054 mln. kubmetri yeraltı qaz anbarlarına vurulub, 621,012 mln. kubmetr təbii qaz isə istifadə olunub. Bu həcmdən 527,12 mln. kubmetr təbii qaz sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə verilib, 14,345 mln. kubmetr Gürcüstana, 60,614 mln. kubmetr qaz Rusiyaya ixrac olunub. Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 18,933 mln. kubmetr «mavi yanacaq» ötürülüb.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 8 365,780 mln. kubmetr «mavi yanacaq» verib ki, bu da proqnozdan 704,280 mln. kubmetr və ya 8,41% çoxdur. Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracına dair bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından 638,680 mln. kubmetr «mavi yanacaq» götürülüb. Bununla yanaşı yeraltı qaz anbarlarına əlavə olaraq 1 312,982 mln. kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 7 691,478 mln. kubmetr qaz istifadə olunub. Bunun 6 562,496 mln. kubmetri sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə verilib, 247,355 mln. kubmetri Gürcüstana, 618,005 mln. kubmetri Rusiyaya ixrac olunub. Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 263,622 mln. kubmetr «mavi yanacaq» ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR