Bank Of Baku

Qazaxıstan və Azərbaycan transxəzər marşrutunun texniki iqtisadi əsaslandırmasını hazırlayacaq birgə şirkətin yaradılmasına dair danışıqlar aparır

Qazaxıstan və Azərbaycan transxəzər marşrutunun texniki iqtisadi əsaslandırmasını hazırlayacaq birgə şirkətin yaradılmasına dair danışıqlar aparır
# 09 oktyabr 2010 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev bildirib.

Qazaxıstan neftinin ixracının artım perspektivlərindən danışan nazir onu da qeyd edib ki, Qazaxıstan “Kaşağan” yatağının ikinci fazası çərçivəsində öz neftinin Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri vasitəsilə nəqlində maraqlıdır.

Nazirin sözlərinə görə, Qazaxıstan tərəfi sözügedən yatağın işlənməsinin ikinci fazasının 2018-2020-ci illərində öz neftini BTC vasitəsilə nəql etmək, həmçinin nefti Qara dəniz limanlarına çatdırmaq niyyətindədir.

Qeyd edək ki, hələ ötən il BTC vasitəsilə öz neftini nəql edən Qazaxıstan bu il və gələn il üçün müəyyən səbəblərə görə kəmərdən imtina edib.

Öz növbəsində, Azərbaycan tərəfi BTC əsas ixrac boru kəmərinin sutkalıq ötürmə həcmini artırmağa hazır olduğunu bildirib. Belə ki, hazırda BTC-nin sutkalıq ötürmə gücü 1,2 mln. barel təşkil edir, lakin hazırda bu kəmər vasitəsilə daşınan həcm bundan azdır. Son vaxtlar BTC ilə Türkmənistan neftinin daşınmasına da başlanılıb və perspektivdə ehtiyac yaranarsa, boru kəmərinin sutkalıq ötürmə həcmi 1,6 mln. barelə və ya bundan da artıq artırılacaq.

Xatırladaq ki, 2006-cı iyul ayında rəsmi açılış olan BTC kəmərinin səhmdarları sırasına “BP-Azerbaijan” (30,1%), AzBTC (25%), “Chevron” (8,9%), “Statoil” (8,71%), TPAO (6,53%), ENI (5%), “Total” (5%), “Itochu” (3,4%), INPEX (2,5%), “ConocoPhillips” (2,5%) və “Hess” (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR